Avropa Məhkəməsi ilin ilk ayında Azərbaycanı cərimələyib - YENİ PRESEDENT VAR

  • By admin
  • 12 Yanvar 2023 14:07

Avropa İnsan Hüquqları Məhkəməsi 2023-cü ilin ilk ayında Azərbaycana qarşı yeni qərarlar qəbul edib.

Bu barədə Gununsesi.info-ya vəkil Əsabəli Mustafayev bildirib.

“Avropa Məhkəməsi nümayəndə olduğum 11 iş üzrə qərarlarını elan etdi. Bu işlərin hamısı mülki işlər üzrə yerl məhkəmələrin qəbul etdiyi qərarların icra olunmaması ilə bağlı idi. Yalnız 1 iş üzrə qəbul olunmuş yerli məhkəmə qərarı işə Avropa Məhkəməsində baxılma ərafəsində icra edildi. Bununla belə həmin Ərizəçəçiyə də kompensasiya ödəniləcək. İmzalanmış deklarasiyaya görə Hökümət ərizəçilərə ümumilikdə 26 450 avro kompensasiya ödəyəcək və 3 ay müddətinə yerli məhkəmənin qərarını icra edəcək.Əlbəttə, ölkəmiz üçün utanc haldır ki, yerli məhkəmələrin qəbul etdiyi qərarların icra olunmaması Avropa Məhkəməsi səviyyəsində baxılır. Digər ölkələrdən də Avropa Məhkəməsinə belə şikayətlərin verilib verilməməsi barədə məndə məlumatn yoxdur. Hətta verilirsə belə, əminəm ki, bizdən göndərilən saydan dəfələrlə azdır. Bundan müvafiq orqanlar nəticə çıxarmalıdırlar”.

Mətləb Yaqublu
Gununsesi.info