Avropa Məhkəməsi məşhur gənc fəalın şikayəti ilə bağlı qərar verib

Sabah Avropa İnsann Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir neçə iş üzrə qərarını elan edəcək.

Məhkəmədən Gununsesi.info-ya verilən məlumata görə, həmin qərarlar arasında uzun illər siyasi məhbus həyatı yaşamış İlkin Rüstəmzadə də var.

Bildirilir ki, “Rüstəmzadə Azərbaycana qarşı (№ 2) (№ 22323/16)” adlı işdə ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə Azad Gənclik qeyri-hökumət təşkilatının yaradıcılarından biridir.

Ərizə onun 2013-cü ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti fəalı olduğu zaman “Harlem Shake” rəqsinin video çəkilişində iştirak etdiyinə görə həbs olunduqdan sonra ilkin olaraq xuliqanlıqda ittiham olunmasına aiddir. O vaxt Azərbaycanda məşhur olan videonu YouTube-a yüklədikdən sonra ona xuliqanlıq və cinayətə hazırlıqda, kütləvi iğtişaşlarda, qanunsuz olaraq silah əldə edən və gəzdirən, partlayıcı maddələr və qurğular verən qrupa qoşulma ittihamı verildi.

Bu ittihama görə, fəal səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi bildirir ki, şikayətçi konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (qanunsuz cəza yoxdur), 10 (ifadə azadlığı hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanaraq, ərizəçi heç bir cinayət törətmədiyini iddia edir.

İşə baxan məhkəmə öz qərarını verib və bu qərar sabah elan olunacaq.

Mətləb Yaqublu
Gununsesi.info