Avropa Məhkəməsi məşhur vəkilin şikayətini araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi vəkillik fəaliyyəti dayandırılan tanınmış hüquqşünas Yalçın İmanovun şikayətini araşdırmağa başlayıb. Gununsesi.info-nun xəbərinə görə, İmanov öz şikayətində Konvensiya ilə təsbit olunanşəxsi həyata hörmət və ifadə azadlığı hüququnun pozulduğunu yazıb. Y.İmanov həmçinin, iddia edir ki, dövlət tərəfindən Konvensiyanın 8 və 10-cu maddələrinə əsasən ona tətbiq edilmiş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd şəkildə, həmin müddəalarda nəzərdə tutulmuş məqsədlərdən başqa məqsədlər üçün tətbiq edilib.

Mətləb

Gununsesi.info