Avropa Məhkəməsi tanınmış hüquqşünasların şikayətini təmin etdi - İNTİQAM ƏLİYEV VƏ ƏNNAĞI HACIBƏYLİNİN VƏKİLLƏR KOLLEGİYASINA QƏBUL EDİLMƏMƏSİ İLƏ BAĞLI QƏRAR

  • By admin
  • 19 Aprel 2018 12:39

Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib.

Bu barədə Gununsesi.info-ya vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, 1-ci iş Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verilən şikayətdir. Avropa Məhkəməsi Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə araşdırmağa ehtiyac olmadığını, həmçinin Hökümətin 34-cü maddə üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən etdi: “34-cü maddə üzrə pozuntu ona görə tanındı ki, İ. Əliyev 2014-cü ilin avqust ayında həbs edilərkən onun ofisində Baş prokurorluğun əməkdaşları Avropa məhkəməsində olan işlər üzrə sənədləri aparmışdır. Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 euro, Ə. Hacıbəyliyə məhkəmə məsrəflərinə görə 2500 euro ödənilməsinə qərar verdi.

Vəkil bildirib ki, 2-ci iş Anar Məmmədlinin 2013-cü ilin 16 dekabrında tutulması, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmin müddətin uzadılmasına dairdir: ” Avropa Məhkəməsi Konvensiyanın 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıdı, 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olmasını bildirdi. Məhkəmə mənəvi zərərə görə 20000 euro, məhkəmə məsrəflərinə görə 2500 euro kompensasiya müəyyən etdi”.

Gununsesi.az