Avropa Məhkəməsinə İLK

  • By admin
  • 19 Sentyabr 2022 19:42

Avropa İnsan Hüquqları Məhkəməsinə yeni prezident seçilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün Siofra O’Liri (İrlandiya) yeni prezident seçilib. Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qadın rəhbəri olan xanım bu vəzifədə Robert Spanonu (İslandiya) əvəzləyəcək. O, vəzifəsinin icrasına 2022-ci il noyabrın 1-dən başlayacaq.

Gununsesi.info