Avropa Məhkəməsindən Türkiyə əleyhinə kütləvi qərar çıxarılacaq - 546 HAKİM VƏ PROKURORLUQ İŞÇİSİNİN ŞİKAYƏTİ İLƏ BAĞLI ƏRDOĞAN HÖKUMƏTİNƏ SUALLAR GÖNDƏRİLDİ

  • By admin
  • 03 İyun 2019 13:36

 

Avropa İnsan Hüquqları Məhkəməsi 2016-cı ilin iyul ayının 15-də Türkiyədə olan çevrilişə cəhd zamanı vəzifəsindən kənarlaşdırılmış, daha sonra həbs edilən 546 hakim və prokurorluq işçisinin şikayəti üzrə kommunikasiya başlayıb.

Gununsesi.org-un Avropa İnsan Hüquqları Məhkəməsinə istinadən verdiyi xəbərə görə, ərizəçilər Fətullah Gülən şəbəkəsinə xidmətdə ittiham olunur. Onlara qarşı  dövlət çevrilişi ittihamı irəli sürülüb.

Məhkəmə Konvensiyanın 5.1, 5.3, 5.4, 5.5 (azadlıq hüququq) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı Türkiyə Hökümətinə suallar göndərib.
Həmin hadisələr zamanı 2735 hakim korpusu vəzifəsindən kənarlaşdırılıb. Türkiyə höküməti 20 iyul 2016-cı ilindən ölkədə fövqəladə vəziyyət elan etdi və Konvensiyanın 15-ci maddəsinə əsasən öhdəliklərindən geri çəkilməsinə dair Avropa Şurasını məlumatlandırdı. Fövqəladə vəziyyət 18 iyul 2018-ci ildə ləğv edildi.

Pərviz

Gununsesi.org