Avropa İnsan Hüquqları Məhkəməsi “Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin anasının şikayəti əsasında Azərbaycana qarşı qərar çıxarıb.
Gununsesi.info xəbər verir ki, Zeynəb Abdullayevanın ölkədən çıxışına qoyulan qadağaya görə Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyib.
Qərara əsasən, Zeynəb Abdullayevaya maddi ziyana görə 3000 avro, məhkəmə xərclərinə görə də 500 avro kompensasiya təyin olunub.
Avropa Məhkəməsinin qərarına əsasən, hökumət Zeynəb Abdullayeva ilə yanaşı, Elnarə Səricanovaya da ölkədən çıxışına qadağa qoyulduğuna görə eyni məbləğdə (3500 avro) kompensasiya ödəməlidir.
Qeyd edək ki, Elnarə Səricanova deputat Fazil Mustafanın 2023-cü il martın 28-də güllələnməsinə görə ömürlük azadlıqdan məhrum edilmiş Azər Səricanovun həyat yoldaşıdır.
Hüseyn Abdullayev 2018-ci ilin aprelindən həbsdədir. O, əvvəl 6 il azadlıqdan məhrum edilib. 2024-cü ildə “Quska” haqqında yenidən cinayət işi başlanıb və o, daha 9 il azadlıqdan məhrum edilib.
Günay
Gununsesi.info












