Avropa Moldovaya maliyyə yarıdımı etməyə bu şərtlı razılıq verdi

Avropa Birliyi Moldavaya maliyyə yardımını artırmağa razılıq verib, lakin bunun üçün ciddi islahatlar tələb olunur.

TASS xəbər verir ki, bu barədə Brusseldə keçirilən AB-Moldova danışıqlarına dair yekun bəyanatda bildirilir.

 Cari ilin iyul ayında yarım illik fasilədən sonra AB maliyyə yardımını bərpa edərək Kişinyova 15 milyon avro vəsait köçürüb. Brüsseldə bildiriblər ki, ilin sonuna kimi iki tranşla daha 60 milyon avro yardım etmək niyyətindədirlər.

Moldovadan korrupsiyaya qarşı mübarizəni sərtləşdirmək, ədliyyə sistemində islahatlar keçirilmək və banklardan 1 milyard dolları oğurlayan şəxsləri tapmaq tələb olunur.

Xatırladaq ki, Avropa Birliyi 2018-ci ildə Kişinyovun meri seçkilərində yerli məhkəmənin müxalif Andrey Nestasenin qalib gəlməsi ilə bağlı nəticələri tanımaqdan imtina etməsindən sonra Moldavanın maliyyələşdirilməsini dayandırıb.

Gununsesi.org