“Avropa müharibə təhlükəsi ilə üzləşib” - ATƏT SƏDRİ

  • By admin
  • 13 Yanvar 2022 20:22

Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

HTML tutorial

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

“Ukrayna ətrafındakı münaqişənin dinc yolla həllinə diqqət yetirməliyik”, – polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb.

 

Gununsesi.info