Avropa nəşri: “İKT tətbiqi – UNEC nümunəsində”

  • By admin
  • 27 Noyabr 2017 12:18

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev və “Beynəlxalq iqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Turan Süleymanovun birgə hazırladığı elmi məqalə Macarıstanın SEFBIS jurnalında dərc edilib. 

Gununsesi.info-nun xəbərinə grörə, məqalə “Dövlət universitetində İKT-nin tətbiqi – UNEC nümunəsində” mövzusunda olub.

Məqalədə UNEC-də tətbiq olunan İKT sisteminin geniş təsviri verilib və əsas üstünlükləri açıqlanıb. Eyni zamanda, İKT-nin UNEC nümünəsində tədris, təhsil və inzibati idarəetmədə səmərəlilik və keyfiyyətin artmasına təsiri araşdırılaraq qiymətləndirilib.

SEFBIS jurnalı Macarıstanın biznes informasiya sistemləri üzrə ən nüfuzlu elmi jurnaldır.

Gülnaz Qənbərli

Gununsesi.info