Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalında cüdo üzrə fərdi yarışlara yekun vurulub.
Gununsesi.info Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, bu mötəbər yarışda mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb. Oğlanların mübarizəsində 90 kq çəki dərəcəsində yarışan Adil Kərimli Avropa Olimpiya festivalının bürünc medalını qazanıb. Qeyd edək ki, yarışların ilk günü cüdoçumuz Vüsalə Kərimova gümüş medala sahib olub.
Anar
Gununsesi.info