Avropa ölkələrindən İrana qarşı gözlənilməz addım

Böyük Britaniya, Fransa və Almaniya Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumda İranı günahkar biliblər.

Gununsesi.org “TASS”a istinadən xəbər verir ki, hər üç dövlət bununla bağlı ortaq bəyanat verib. Bəyanat britaniyalı Baş Nazir Boris Conson, almaniyalı kansler Angea Merkel və fransalı prezident Emmanuel Makron tərəfindən imzalanıb.

“Bizə aydındır ki, bu hucma görə məsuliyyəti İran daşıyır. Bunun başqa ehtimal olunan izahatı yoxdur”.

Ölkələr əlavə detalları öyrənmək üçün hazırda aparılan tədqiqatlara dəstək olduqlarını bildiriblər.

Gununsesi.org