Avropa ölkəsi türk əsgərləri üçün konstitusiyanı dəyişdirəcək

  • By admin
  • 19 Fevral 2024 09:28

Hərbi kadr qıtlığı yaşayan Almaniya gözünü ölkədəki əcnəbilərə dikib. Hökumət türkcə broşürlər nəşr edir, yaxşı maaş və vətəndaşlıq vəd edir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ixtisaslı kadr çatışmazlığı səbəbindən iş həyatında problemlər yaşayan Almaniya Türkiyə də daxil olmaqla bir çox ölkədən əcnəbi işçi qəbul etməyə başlayıb.

Berlin rəhbərliyi indi də eyni modeli tətbiq etməklə Almaniya ordusundakı boşluğu aradan qaldırmağı hədəfləyir. Bildirilir ki, Almaniya ilk növbədə ölkədə yaşayan, lakin hələ vətəndaşlıq almamış türkləri işə götürmək üçün diqqət mərkəzindədir.

Ancaq əcnəbilərin hərbi xidmətə çağırılması üçün Almaniya Konstitusiyasına dəyişikliklər edilməlidir. Mövzu ilə bağlı açıqlama verən Meklenburq Əyalətinin Mühacirət Nümayəndəsi Şeyhmus Atay Almaniyada əcnəbilərin orduya cəlb edilməsi ilə bağlı müzakirələrdən danışıb.

Atay Almaniya Konstitusiyasında edilməsi lazım olan tənzimləmələr haqqında da məlumat verib.

“Xüsusən də Berlin, Hamburq, Düsseldorf, Münhen kimi türklərin sıx yaşadığı şəhərlərdə türkcə bilbord elanları ilə türkləri işə götürməyə çalışırlar. Bunun üçün xüsusi kampaniyalar aparılır. Almaniyanın hər sahədə xarici işçilərə ehtiyacı var. Almaniyanın hər il 400 min əcnəbi işçiyə ehtiyacı olduğu bildirilir. Bu, hərbi xidmətə də aiddir”, – deyə o bildirib.

Gununsesi.info