Avropa ölkəsində casus skandalı: Nazirlər Kabinetində Misirin casusu yaxalandı

Almanyada Nazirlər Kabinetinə bağlı media ofisində işləyən bir nəfərin uzun illər boyu Misir üçün casusluq etdiyi üzə çıxıb.

Gununsesi.org xəbər verir ki, casusun kimliyini Almaniya xüsusi xidmət orqanları üzə çıxarıb.

Skandalın ortaya çıkmasının ardından Almaniya prokurorluğu şübhəli haqda istintaq başladıb. Alman rəsmiləri Misirin Almaniyada yaşayan müxalifləri təqib etmək üçün bəzi misirliləri casusluğa cəlb etdiyini düşünür.

İstintaq davam etdiyi üçün şəxsin kimliyi və nə etdiyi haqda detal verilməyib. Şübhəlinin Misirə hansı bilgilər verdiyi də açıqlanmayıb. Federal Cümhuriyyət prokuroru şəxsin casusluqda ittiham edildiyini və istintaqın davam etdiyini təsdiqləyib.

“Misir xüsusi xidmət orqanlarının Almaniyada yaşayan misirlilərdən casus kimi istifadə etdiyi haqda işarətlər üzə çıxıb” – Almaniya prokurorluğunun açıqlamasında belə deyilir.

 

 

Gununsesi.org