Bazar ertəsi gününün sonuna qədər Bolqarıstan Rusiya avtomobillərinin ölkəyə girişini dayandıracaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstan Sərhəd Polisinin direktoru Anton Zlatanov BNT-də yayımlanan “Gün başlayır” verilişində bildirib.
“Biz cümə axşamından dünənə qədər çox fəal işlədik. Əminəm ki, günün sonuna qədər Bolqarıstanda Rusiya avtomobillərinin ölkəmizə girişinə qadağa tətbiq edilməyə başlayacaq”, – Zlatanov bildirib.
O qeyd edib ki, artıq bir neçə aydır ki, yük maşınları üçün belə qadağa qüvvədədir.
Zlatanov ölkəyə hər ay nə qədər rus avtomobilinin daxil olduğunu dəqiqləşdirməsə də, onların az olduğunu vurğulayıb.
İndi bütün Baltikyanı ölkələr Rusiya nömrəli avtomobillərin ölkəyə girişini qadağan edib.
Polşa, Finlandiya və Norveç də oxşar qərar qəbul ediblər.
Bu, Avropa Komissiyasının (AK) Rusiyaya və ya Rusiyadan xaricə malların idxalı və ixracı ilə bağlı uzunmüddətli məhdudiyyətlərlə bağlı açıqlamalarından sonra baş verir. AK dəqiqləşdirib ki, qadağaya səyahətçilərin şəxsi əşyaları olub-olmamasından asılı olmayaraq avtomobillər və bəzi mallar daxildir.
Səid Əhmədli
Gununsesi.info