Avropa ölkələrindən birinin vətəndaşları Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəklərini bildiriblər

  • Müəllif: Orxan
  • 12 İyun 2026 12:07

Rusiyanın Marseldəki  baş konsulu Stanislav Oranski RİA Novosti agentliyinə verdiyi müsahibədə bəzi Fransa vətəndaşları Rusiya Silahlı Qüvvələrinə qoşulmağa hazır olduqlarını bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Oranski deyib: “Biz getdikcə daha çox  dəstək sözlərini və hətta bəzi fransızların Rusiya Silahlı Qüvvələrinin sıralarına qoşulmaq istəyini eşidirik”.

2025-ci ilin aprel ayında Rusiya Prezidenti Vladimir Putin də Xüsusi Hərbi Əməliyyatlar (XƏƏ) zonasında Rusiya tərəfində döyüş əməliyyatlarında iştirak edən Fransa vətəndaşları barədə məlumat vermişdi.

Dövlət başçısının sözlərinə görə, onların bölməsi “Normandiya-Nimen” adlanır. Putin əlavə edib ki, Fransada həmişə Rusiyanın dəyərlərini bölüşənlər olub.

Prezident qeyd edib ki, belə vətəndaşlar hələ də mövcuddur.

Maqsud

Gununsesi.info