Avropa ölkəsi üçün qorxulu proqnoz: Növbəti 10 qış...

  • By admin
  • 22 Avqust 2022 21:20

Elektrik enerjisinin qiymətlərinin artması səbəbindən Belçikada növbəti beş-on qış asan olmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu yerli RTBF televiziyasına istinadən baş nazir Aleksandr de Kroo deyib.

O, Zeebruggeyə işgüzar səfəri zamanı enerji qiymətlərinin artması ilə bağlı ölkə iqtisadiyyatı üçün çətin günlərin olacağını proqnozlaşdırıb.

Kroonun sözlərinə görə, vəziyyətin inkişafı bütün Avropada çox çətindir.

“Bəzi sənayelər enerji qiymətlərinin yüksək olması səbəbindən ciddi çətinliklərlə üzləşir”, – deyə baş nazir bildirib.

O, həmçinin əmin edib ki, hökumət vəziyyətə nəzarət edir, lakin vətəndaşları mümkün problemlərə hazır olmağa çağırır.

Gununsesi.info