“Avropa öz təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır”.
Gununsesi.info bildirir ki, bunu Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen Strasburqda Avropa Parlamentində çıxış edərkən bildirib.
O, çıxışında vurğulayıb: “Bu, artıq bir seçim deyil. Bu, mütləqdir”. Von der Leyen əlavə edib ki, Avropa “başqalarının onun dünyagörüşünü müəyyən etməsinə imkan verə bilməz”.
O, həmçinin ABŞ-ın milli təhlükəsizlik strategiyasına toxunaraq qeyd edib ki, ABŞ Avropanın qlobal ÜDM-dəki payının azaldığını vurğulasa da, eyni zamanda ABŞ da oxşar yolda irəliləyir.
Şəbnəm











