Avropa Parlamentinin üzvü Fernan Kartheiser “İzvestiya” qəzetinə verdiyi açıqlamada bildirib ki, Avropa İttifaqı Ermənistana Rusiya ilə viza rejimi tətbiq etmək və Aİ-nin Rusiya əleyhinə sanksiyalarına qoşulmaq üçün güclü təzyiq göstərəcək.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, iyulun 28-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) Avropa Birliyinin Ermənistandan respublikada Rusiya biznesinin mövcudluğunu azaltmağı və Moskva ilə humanitar əlaqələri kəsməyi tələb etdiyini açıqladı.
Agentliyin məlumatına görə, bu cür addımlar ölkənin Aİ-yə daxil olması üçün şərtlərdən biridir. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən Moskvanın may ayının sonlarında məhdudiyyətlər tətbiq etməsindən sonra Ermənistan mallarının Rusiyaya tədarükü məsələsini həll etməsini xahiş etmişdi.
Elmar












