
Avropa Parlamenti Rusiyanı Avropanı parçalamağa cəhddə ittiham edən və Rusiya dövlət KİV-lərinin fəaliyyətini Avropanı parçalamağa yönəlmiş propaqanda adlandıran qətnamə qəbul edib
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa parlamenti Rusiya da daxil olmaqla, üçüncü ölkənin propaqandasına qarşı müqavimətə dair qətnamə qəbul edib. Sənədi deputatların əksəriyyəti dəstəkləyib.
Qətnamə təsdiq edir ki, Rusiya Avropanın müxalif partiya və təşkilatlarına maliyyə yardımı edir və dövlətlər arası ikitərəfli münasibətlər faktorundan istifadə edərək Avropa icmasının üzvləri arasında təfriqə yaradır.
Sənəddə deyilir ki, Moskva Avropa Birliyinə münasibətdə “düşmən propaqandası” aparır. Qətnamə müəlliflərinin fikrincə, RT telekanalı, Sputnik informasiya agentliyi, “Russkiy Mir” fondu və Rossotrudniçestvo agentliyi Avropa Birliyi üçün informasiya təhdidi təşkil edir.
Gununsesi.info