Azərbaycan Avropa üçün olduqca dəyərli tərəfdaş, maraq kəsb edən ölkədir.
Gununsesi.info xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna yüksək qiyməti verir. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanın oynadığı rolu yüksək qiymətləndiririk. Hesab edirik ki, Azərbaycan Avropa ilə İslam dünyası arasında körpü rolunu oynaya bilər. Biz buna ümid edirik”.
Azərbaycan ərazisi olan Dağlıq Qarabağa icazəsiz səfər etməsinə münasibət bildirən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister deyib ki, Dağlıq Qarabağ ərazisinə öz təşəbbüsləri ilə səfər ediblər: “Yəni, səfər Avropa Parlamentinin adından olmayıb. Bilirsiniz ki, Avropa Parlamenti Dağlıq Qarabağda fevralın 20-də keçirilən referendumu tanımayıb. Eyni zamanda, deməliyəm ki, bizdə ifadə azadlığı ciddi önəm daşıyır. Hər kəs öz müstəqil fikrini və addımını ifadə edə bilər. Bu baxımdan o parlamentarilərin şəxsi səfərlərinə qarşa bilmərik”.
Mürtəza
Gununsesi.info