Avropa Parlamenti İsraili terrorçu dövlət elan etməyə çağırır

Polşanın ifrat sağçı Konfederasiya partiyasından olan Avropa Parlamentinin (AP) üzvü Qrzeqorz Braun İsraili terrorçu dövlət elan etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

“İsrail terrorçu dövlət elan edilməlidir. Cənab Netanyahu və onun “qəssabları” ən böyük və ən cinayətkar terror təşkilatıdır”– deyə o əlavə edib.

Onun sözlərinə görə, bu yolla Qəzza zolağında münaqişəni həll etmək mümkün olacaq. O, İsrailin Qəzzanı uzun müddətdir işğal etdiyini, rəsmilərinin fələstinliləri heyvan və qeyri-insan adlandırdığını vurğulayıb. Deputat vurğulayıb ki, bu cür bəyanatlar SS zabitlərinin və Üçüncü Reyxin liderlərinin ritorikası ilə müqayisə oluna bilər.

Bundan əvvəl Fələstinin radikal HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar uzun sükutdan sonra əlaqə saxlayıb. Qeyd olunur ki, Sinvar İsrailin girov müqaviləsi məsələsində mövqeyini dəyişməyib.

 

Gununsesi.info