Avropa Parlamenti Mişelin sülh missiyasına zərbə vurur

  • By admin
  • 20 Yanvar 2023 18:05

Avropa Parlamentinin Qarabağdakı durumla bağlı qətnaməsi ilə  tanış oldum.

Təəssüflər olsun ki, bu qətnamə bütövlükdə yalandan, uydurma məlumatlardan , oradakı reallıqların təhrifindən ibarətdir. 

Qətnamə sanki Ermənistan hakimiyyətinin hazırladığı lahiyə formasında qəbul edilib.

Avropa Parlamentinin deputatları bu qətnaməni müzakirəyə çıxarmazdan əvvəl orada yazılanlarla  tanış olarkən  əks olunanları araşdırmalı idilər.

Orada yazılır ki, guya Xankəndində 120 000 erməni yaşayır. Bu çox böyük bir yalandır. Xankəndidə bu qədər erməni yoxdur.

Bundan başqa guya, Laçın dəhlizində xəstələrin Xankəndini tərk edə bilməməsi barədə fikirlər var, bu, ikinci bir yalandır.

Ən azı Beynəlxalq Qızıl Xaç Komitəsi-nin vasitəçiliyi ilə dəfələrlə xəstə insanlar təcili tibbi yardım maşınları ilə  sərbəst  şəkildə Xankəndidən çıxıblar.

Humanitar yardımlar, ərzaq,  yanacaq eyni qaydada Xankəndinə gedib.

Bütün bunlar Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş verib.

 

Avropa Parlamenti bu qətnamə ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ məsələsinın həlli ilə bağlı təşəbbüsünə zərbə vurmuş oldu.

Etiraf edək ki, Mişelin son təşəbbüsləri Rusiyanın oyundan çıxmasına hesablanırdı.

Azərbaycan da Avropa İttifaqının bu məsələdə roluna xüsusi önəm verib. Elə Azərbaycan prezidentinin sonuncu bəyənatlarında da bu barədə fikrilər yer alıb.

Amma təəssüflər olsun ki, Avropa Parlamenti öz fəaliyyəti ilə Avropa İttifaqı Şurasının Qarabağ məsələsinin birdəfəlik həllində göstərdiyi səyləri heçə endirir.

Bu qətnamə, həmçinin Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı bu günə qədər haqlı olaraq qəbul etdiyi qətnamələrin də əhəmiyyətini öldürmüş oldu.

Pərviz Həşimli

Gununsesi.info