Avropa Parlamenti Prezident seçkilərinə müşahidə etməyəcək

  • By admin
  • 16 Yanvar 2024 15:12

Avropa Parlamenti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə yanvarın 15-də Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri, deputatlar Devid Mak-Allister və Tomas Tobenin birgə bəyanatında deyilir.

Avropa Parlamenti seçkiləri müşahidə etməyəcəyi üçün seçki prosesini, eləcə də elan edilmiş nəticələri şərh etməyəcək.

“Avropa Parlamentinin heç bir üzvünün bu qurumun adından seçkiləri müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur. Əgər Avropa Parlamentinin üzvlərindən hər  hansı biri seçkilərə münasibət bildirmək qərarına gələrsə, bu, Avropa Parlamentinin yox, onun şəxsi təşəbbüsü olacaq”.

Qeyd edək ki, Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupu beynəlxalq səviyyədə seçkiləri müşahidə edir, həmçinin demokratiya və insan hüquqlarını təşviq edir.

Avropa Parlamentinin bu mövqeyinə MSK-dan şərh almaq mümkün olmayıb.

 

Afət

Gununsesi.info