
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Rusiyanın Qarabağ bölgəsində yerləşdirdiyi sülhməramlarının missiyasını yeinə yetirə bilməməsi barədə məqamlar əks olunub.
Gununsesi.info-nun sənədə istinadən verdiyi xəbərə görə, avroparlament öz qətnaməsində sülhməramlıların bölgədə gərginliyi dayandıra bilmədiyi qənaətinə gəlib:
BUNA DA BAX:
Avroparlament Azərbaycanın Ermənistanın işğalına məruz qaldığını etiraf edir, amma…
Sənəddə deyilir:
Regionda yerləşdirilən Rusiya sülhməramlıları Azərbaycandan gələn hücumların qarşısını almaq istəmədikləri və bacarmadıqları görünür.
Rusiyanın Ukraynaya qarşı cinayətkar işğalçılıq müharibəsi başlayandan bəri Qarabağdakı sülhməramlı missiyası durmadan azalıb.
Avropa Parlamenti, həmçinin hesab edir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Cənubi Qafqaz üçün təsirlidir və regionda təhlükəsizlik vəziyyətini daha da çətinləşdirib.
Tərcümə: Pərviz Həşimli
Gununsesi.info