
Avropa Parlamenti heç bir deputata 15-17 mart prezident seçkiləri zamanı müşahidəçi qismində Rusiyaya getməyə icazə verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun rus xidməti məlumat yayıb.
“Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə Rusiya sı ərazisində, ilhaq edilmiş Krımda və Rusiya tərəfindən işğal olunmuş digər Ukrayna ərazilərində bu seçki prosesini müşahidə etmək və ya Avropa Parlamenti adından bu seçkiləri şərh etmək səlahiyyəti verilməyib”, – Avropa Parlamentinin yaydığı məlumatda deyilir.
Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərlə bağlı şərh vermək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə edəcək və “heç bir halda öz bəyanatlarında və ya hərəkətlərində Avropa Parlamentinə istinad etməməlidir”.
Gununsesi.info