Avropa Parlamenti Rusiyanı terroru himayə edən dövlət kimi tanıdı

Avropa Parlamenti Rusiyanı terroru himayə edən dövlət kimi tanıyan qətnamə qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Ukrainskaya pravda” nəşri yayıb.

HTML tutorial

Məlumata görə, 494 avropalı deputat qətnamənin lehinə, 58-i əleyhinə çıxış edib, 44 nəfər isə bitərəf qalıb.

Bununla belə, qeyd olunub ki, qətnamə hüquqi qüvvəyə malik deyil, tövsiyə və siyasi xarakter daşıyır.

Qeyd edək ki, qətnamənin müəllifi Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasıdır. Xatırladaq ki, Avropa Şurasının Parlament Assambleyası da Rusiyanı terror dövləti elan edib. Tərcümə: Mətləb

Gununsesi.info