Avropa Parlamenti Ukraynanı Avropada gələcəyi olan ölkə kimi tanıyır

  • By admin
  • 01 Mart 2022 17:37

Avropa Parlamenti Ukraynanı Avropada gələcəyi olan ölkə kimi tanıyır.

Gununsesi.info UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola qurumun növbədənkənar iclasında bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqı üzvlüyünə qəbulu ilə bağlı ərizə sənədini imzalayıb və həmin ərizə rəsmi şəkildə qeydiyyata alınıb. Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak tviterdə paylaşım edib.

 

 

Gununsesi.info