Avropa Parlamentindən daha bir Bəyanat

Avropa Parlamentində Azərbaycanın Dostları Klubunun sədri, AP-nin Latviyalı deputatı Andris Ameriks Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı ilə bağlı Bəyanat verib. 

Gununsesi.org xəbər verir ki, deputat A. Ameriks sərhəddə baş verən qarşıdurma ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib və həlak olanların ailələrinə başsağlığı ifadə edib. AP üzvü tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və ATƏT-in Minsk Qrupu çərçivəsində substantiv danışıqları davam etdirməyə çağırıb. Cənab Ameriks öz Bəyanatında Avropa Parlamentinin məlum Qətnamələrinə istinad edərək bütün Şərq Tərəfdaşlığı ölkələrinin  beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini vurğulamaqla münaqişənin yalnız dinc yolla həllinin mümkünlüyünü bəyan edib.

Bəyanat Avropa Parlamenti üzvünün Twitter səhifəsində yayımlanıb.

Gununsesi.org