Avropa Parlamentində Azərbaycandakı mina problemi ilə bağlı müzakirələr keçirilib

Avropa Parlamentində Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina problemi ilə bağlı müzakirələr keçirilib.

Gununsesi.info xəbər verir ki, müzakirələrdə Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəsmiləri də iştirak ediblər.

Tədbirdə Avropa İttifaqının qonşuluğunda minalarla mübarizə məsələsi gündəmə gətirilib. Qeyd olunub ki, bununla bağlı ciddi təhlükə mövcuddur. Vurğulanıb ki, Azərbaycan və Bosniya və Herseqovina ərazisində minalarla bağlı ciddi problem var.