Avropa Parlamentində rüşvət qalmaqalının əsas fiquru hər şeyi etiraf etdi

  • By admin
  • 18 Yanvar 2023 00:25

Avropa Parlamentində rüşvət qalmaqalının əsas fiquru olduğu bildirilən keçmiş italyan parlamentari Pier Antonio Panzeri “peşmanlıqdan istifadə edərək” Belçika məhkəmə sistemi ilə əməkdaşlıq etmək qərarına gəlib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən bildirir.

Belçika Federal Prokurorluğundan verilən açıqlamaya görə, etirafçı olmağı qəbul edən və əsas şahidə çevrilən Panzeri, müqabilində yüngülləşdirilmiş cəzadan faydalanacaq.

Panzeri, bəzi məmurların Avropa Parlamentinin qərarlarına təsir etmək üçün Qətər və Mərakeşdən rüşvət alması iddialarına görə, Belçika Federal Prokurorluğunun keçən ay keçirdiyi “təmiz əllər” əməliyyatında əsas fiqur kimi qiymətləndirilir.

Panzeri ilə yanaşı, yunan siyasətçisi, Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kaili də cinayət başında saxlanılıb.

“Cinayət təşkilatına rəhbərlik etmək, çirkli pulların yuyulması və korrupsiyada” ittiham olunan Panzeri həbs müddətinə etiraz edib.

Bir neçə gündür ki, həbsdə olan keçmiş italyan parlamentari çərşənbə axşamı məhkəməyə gəlməli idi.

Lakin federal prokurorluq bildirib ki, Panzeri peşmançılıqdan istifadə edərək məhkəmə ilə əməkdaşlıq etmək üçün müraciətini geri götürüb.

İttiham tərəfinin fikrincə, Panzerinin etirafçı olması o deməkdir ki, o, “sözügedən faylda üçüncü şəxslər və cinayət əməllərində iştirakı haqqında əsaslı, izahedici, dəqiq və dolğun ifadələr verməlidir”.

Panzeri rüşvət qalmaqalı, korrupsiyanın tam olaraq necə baş verdiyi, aidiyyəti ölkələrlə hansı maliyyə razılaşmaları edildiyi və kimin hansı faydalar əldə etdiyi barədə ətraflı məlumat verəcək.

Belçikanın ictimai yayımı VRT-nin məlumatına görə, Panzeri peşmançılıqdan faydalanacağı təqdirdə cəzası yüngülləşdiriləcək.

Keçmiş italyan parlamentariyə 5 il həbs cəzası veriləcək, 4 il həbs cəzası veriləcək və ondan rüşvət kimi aldığı təxminən 1 milyon avro dəyərində pul və hədiyyələrin geri qaytarılması istəniləcək.

Tərcümə:

Afət Abbasova

Gununsesi.info