Avropa Parlamentinin 32 deputatı LGBTI icmasına və fəallarına mənfi münasibətinə görə Azərbaycan polisindən hökumətinə şikayət edib.
Gununsesi.info-nun xəbərinə görə, şikayətdə deputatlar Azərbaycan hökumətindən LGBT fəallarına qarşı polis zorakılığı ilə bağlı iddiaları ədalətli və təcili şəkildə araşdırmağa çağırıb.
Məlumata görə, hökumətə ünvanlanan məktub Azərbaycanın Avropa İttifaqındakı səfiri Vaqif Sadıqova təqdim olunub.
Məktubda, həmçinin ötən ay LGBTI icması üzvlərinə qarşı baş verənlərin narahatlıq doğurduğu qeyd edib.
Sənəddə bildirilir ki, Azərbaycan LGBTI hüquqları sahəsində Avropada ən pis göstəriciyə sahib ölkədir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis plkovnik-leytenentı Elşad Hacıyev Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda cinsi ayrı-seçkilik olmadan hər bir şəxsin şikayətinə baxılır və müvafiq qaydada qanunauyğun qərar qəbul olunur.
DİN rəsmisi polisin LGBT fəallarına zoraklığı ilə bağlı iddiaları da qəbul etməyib: “Belə bir hal yoxdur və şəxsi mülahizələrdir”.
Elmar Elnuroğlu
Gununsesi.info