Avropa Parlamentinin deputatları qətnamədə yazılanları araşdırmadan səs verib - NAQİF HƏMZƏYEV

  • By admin
  • 20 Yanvar 2023 20:38

“Avropa Parlamentinin deputatları əvvəlcədən onlara təqdim olunan qətnamə layihəsində əks olunanlarla tanış olmayıb və orada yazılanları araşdırmağa həvəs göstərməyiblər”.

 

Bunu Gununsesi.info-ya açıqlamasında YAP-dan olan deputat Naqif Həmzəyev Avropa Parlamentinin Qarabağdakı vəziyyətlə bağlı qətnaməsini şərh edərkən söyləyib.

Deputat bildirib ki, Azərbaycan əleyhinə fikirlərin cəmləşdiyi qətnamə Avropa İttifaqının Qarabağ məsələsindəki mövqeyi ilə üst-üstə düşmür: “Biz ötən dövlər ərzində Avropa İttifaqı Şurasının prezidenti Cənab Şarl Mişelinin açıqlamalarını eşitmişik. Hesab edirəm ki, bu qətnamə Mişelin sülh çağırışlarına qarşıdır. Avropa Parlamenti zaman-zaman Azərbaycana qarşı öz qərəzini ifadə edib. Hesab edirəm ki, bu da növbətisidir. Qətnamədə iddia olunur ki, guya, Azərbaycan Laçın dəhlizi vasitəsi ilə Xankəndində böhran yaradıb. Xəstələrin guya orada qalması və vəfat etməsi barədə fikirlər isə açıq yalandır. Çünki, bu cür insanlar Qırmızı Xaç Komitəsinin əməkdaşlarının müşaiyyəti ilə Xankənindən çıxıb”.

 

Elmar Elnuroğlu

Gununsesi.info