Avropa Parlamentinin deputatları Qubad İbadoğlunun azad edilməsinə çağırıblar

  • By ilhame
  • 15 Mart 2024 23:15

Avropa Parlamentinin deputatları həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri iqtisadçı Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsinə çağırıblar.⁣

“Məşhur iqtisadçı və müxalifət lideri Qubad İbadoğlu Azərbaycanda saxta ittihamlarla həbs edilən və qeyri-insani rəftara məruz qalan 200-dən çox siyasi məhbusdan biridir. Aİ parlamentarları olaraq onun və bütün azərbaycanlı siyasi məhbusların azad edilməsini tələb edirik”, Parlamentin İtaliyadan olan deputatı Fabio Massimo Kastaldo deyib.⁣

Avropa Parlamenti ötən il sentyabrın 14-də qəbul etdiyi qətnaməsində Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırıb, ona qarşı ittihamların uydurma və siyasi motivli olduğunu vurğulayıb. Qətnamədə Avropa İttifaqı institutları və üzv ölkələr Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsinin qaldırılmasına, siyasi məhbusların azad edilməsinin əməkdaşlıq üçün şərt qoyulmasına, insan hüquqlarını pozan məmurlara sanksiya tətbiq edilməsinə çağırılıb.

Gununsesi.info