Avropa Parlamentinin sədri karantinə alındı

  • By admin
  • 10 Mart 2020 15:15

Avropa Parlamentinin sədri David Sassoli İtaliyadan qayıtdıqdan sonra özünü təcrid etmək qərarına gəlib.

Gununsesi.org bildirir ki, bu barədə “EUobserver” xəbər yayıb.

Siyasətçi hazırda Brüsseldəki evində karantindədir.

“Həftə sonu İtaliyada olduğum üçün (koronavirusla bağlı) tövsiyə olunan fəaliyyətlərə sadiq qalmaq və sədr funksiyasını 14 gün Brüsseldəki evimdən yerinə yetirmək qərarına gəldim”, – deyə o bildirib.

Gununsesi.org