Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi

  • By admin
  • 10 Yanvar 2022 20:16

Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.

“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, – deyə Kuillo qeyd edib.

 

Gununsesi.info