Avropa Parlamentinin yeni rəhbər vəzifəsinə seçkilər yanvarın 18-də keçiriləcək

  • By admin
  • 11 Yanvar 2022 20:57

Avropa Parlamentinin (AP) yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 18-də Strasburqda baş tutacaq plenar iclas zamanı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, AP-yə müvəqqəti olaraq Avropa İnstitutu sədrinin birinci müavini Roberta Metsole rəhbərlik edəcək.

Qeyd edək ki, AP-nin 65 yaşlı prezidenti David Sassoli çərşənbə axşamı Aviano şəhərində gecə saatlarında vəfat edib.

 

Gununsesi.info