Avropa “qocalır” –  STATİSTİKA açıqlandı

Avropa İttifaqı ölkələrində 2100-cü ilə qədər yaşlı insanların sayı əməkqabiliyyətlilərdən ikiqat çox ola bilər.

Gununsesi.org xəbər verir ki, bu barədə “Eurostat” tərəfindən hazırlanan demoqrafik proqnozda bildirilir.

“2100-cü ilə qədər yaşı 65-dən yuxarı olan insanların payı 15-64 yaş arasında olan əhali ilə nisbətdə 57% ola bilər ki, bu da 2019-cu illə (31%) müqayisədə 2 dəfə çoxdur. 2009-cu ildə isə bu nisbət 26% idi.  Bu, o deməkdir ki, yaşı 65-dən yuxarı olan hər adam başına iki nəfərdən az əməkqabiliyyətli  insan düşəcək”, -deyə məlumatda bildirilir.

Xatırladaq ki, hazırda Yer sakinlərinin sayı 7,8 mlrd nəfərə çatır. Hər il isə planetimizin əhalisinin sayı 82 mln nəfər artır.

Gununsesi.org