Avropa səfirləri Bəxtiyar Hacıyevlə görüşdü

Avropa İttifaqınin Bakıdakı səfirliyində bu qurumun, Almaniya, Belçika və Çexiya səfirliklərinin insan haqları üzrə müşavirləri insan haqları fəalları Rüfət Səfərov, Zaur Əkbər və dünən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan siyasi fəal Bəxtiyar Hacıtevlə görüşdüb.

Bu barədə Gununsesi.info-ya Rüfət Səfərov bildirib: “Görüşdə ictimai fəal Bəxtiyar Hacıyevin yenidən şəhərin mərkəzində oğurlanması, pis rəftara məruz qalması, həyat və sağlamlığına təhdid barədə geniş müzakirə aparıldı”.

Gununsesi.info