Avropa Şurası Azərbaycana faktaraşdırıcı missiya yollayacaq - ÖZƏL

  • By admin
  • 07 Sentyabr 2023 12:44

Avropa Şurası Parlament Assambleyası Azərbaycana faktaraşdırıcı missiya göndərməyi nəzərdə tutur. 

Bu barədə Gununsesi.info-ya adıçəkilən qurumdakı mənbələrdən informasiya daxil olub.

Bildirilir ki, AŞ PA-nın oktaybr ayında keçirləcək sessiyasında bu barədə qərar veriləcək.

Bu təşəbbüslə AŞ PA prezidenti Toni Koksun çıxış etdiyi deyilir.

Buna səbəb isə son zamanlar Azərbaycanda insan hüquqları sahəsində yaranmış durumdur.

Siyasi fəal Bəxtiyar Hacıyevin, ADR Partiyasının lideri Qubad İbadoğlunun həbsi və “Siyasi Partiyalar haqqında” yeni qanunun tətbiqi bunu zəruri edib” deyə məlumatda bildirilir.

Məlumata görə, Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dunya Miyatovç də bu təşəbbüsü dəstəkləyib.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumatı şərh etməkdən imtina edib.

 

Mövzuya qayıdacağıq.

 

Elmar

Gununsesi.info