Avropa Şurası ilə bağlı sensasion iddia - RUS KƏŞFİYYATI RƏHBƏRLİYİ ƏLƏ ALIB

Araşdırmada iddia olunur ki, AŞPA-nın əvvəlki prezidenti Pedro Aqramunt, onun sələfi Rene van der Linden və təşkilatın keçmiş baş katibi Bruno Aller də Kremlin təsir şəbəkəsində olublar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koks (Tiny Kox), assambleyanın bir neçə əvvəlki sədri və keçmiş baş katib Rusiya hərbi kəşfiyyatının (QRU) maraqları sferasında olub.

Koksun bu vəzifəyə seçilməsinə bir neçə il ərzində QRU-nun əməkdaşı tərəfindən lobbiçilik edilib. Bu barədə “Dosye” mərkəzi və “EUobserver” nəşrinin araşdırmasında deyilir.

Koks Hollandiyadan olan senatordur. O, Rusiyanın Ukraynaya hücumundan sonra, yanvarın sonunda sədr vəzifəsinə keçib. Araşdırmada Koks rusiyayönlü siyasətçi adlandırılır. Qeyd olunur ki, o, Rusiya nümayəndə heyətinə səlahiyyətlərinin qaytarılmasını dəstəkləyib.

Toni Kox, arxiv foto
Toni Kox, arxiv foto

Həmçinin o da vurğulanır ki, Krımın ilhaqı və Donbasdakı separatçıları dəstəklədiyinə görə səsvermə hüququndan məhrum edilən Rusiya nümayəndə heyətinin AŞPA sessiyalarında iştirakını Koks müdafiə edib.

Araşdırmaçıların fikrincə, Koksun AŞPA-ya sədr seçilməsi ideyası da ilk dəfə 2017-ci ilin yayından gec olmayaraq Moskvada yaranıb.

“Dosye”-nin araşdırmasında iddia olunur ki, AŞPA-nın əvvəlki sədri, 2017-ci ildə Rusiya nümayəndə heyəti ilə Suriyaya səfər edən və sonra istefaya məcbur edilən ispanyalı Pedro Aqramunt, onun sələfi hollandiyalı Rene van der Linden və təşkilatın keçmiş baş katibi fransalı Bruno Aller də Kremlin təsir şəbəkəsində olublar.

Gununsesi.info