
Latviyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Qələm qılıncdan güclüdür” adlı ifadə İfadə azadlığı konfransı işinə başlayacaq.
Avropa Şurasından Gununsesi.info-ya göndərilən məlumatda bildirilir ki, bu konfrans jurnalistlərin təhlükəsizliyi üçün kampaniyanın startıdır:
“5-6 oktyabr, Riqa – Avropa Şurası Latviyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil olunan beynəlxalq konfransda Jurnalistlərin Təhlükəsizliyi üzrə qitə miqyasında kampaniyaya start verəcək. “Qələm qılıncdan güclüdür?” mövzusu ilə keçiriləcək. Konfransda ifadə azadlığına və jurnalistlərin təhlükəsizliyinə mövcud təhdidlər, müharibə və böhran dövründə jurnalistikaya qarşı çağırışlar kimi məsələlər müzakirə ediləcək. Həmçinin, arxa planda Rusiyanın Ukraynaya təcavüzündən də danışılacaq.
Oktyabrın 5-də səhər saat 9-da keçiriləcək açılışda çıxış edənlər arasında Latviyanın mədəniyyət naziri Aqnese Logina, Latviya Xarici İşlər Nazirliyinin nümayəndəsi, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç və Avropa Şurasının İnformasiya Cəmiyyəti üzrə direktoru olacaq.
Şəbnəm
Gununsesi.info