Avropa Şurası Nazirlər Komitəsi ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir

  • By admin
  • 30 Sentyabr 2019 21:39
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır”. 
Gununsesi.org xəbər verir ki, bunu Fransanın dövlət katibi Ameli de Monçalən (Amelie de Montchalin) AŞPA-nın payız sessiyasında çıxış zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası Nazirlər Komitəsi münaqişənin həllinə səy göstərən ATƏT-in Minsk qrupunun fəaliyyətinə dəstək verir: “Məcburi köçkünlərin təhlükəsiz, layiq olduqları həyatı yaşamaları prioritet məsələdir. Ermənistan və Azərbaycan Avropa Şurasına üzv olduqları zaman münaqişənin sülh yolu ilə həlli üçün öhdəlik götürüblər”.
Gununsesi.org