Avropa Şurası ölkələrinin prezident və baş nazirlərinin sammit keçiriləcək - İLHAM ƏLİYEV DEMOKRATİYA SAMMİTİNƏ GEDƏCƏKMİ?

  • By admin
  • 11 May 2023 14:02

Avropa Şurasına üzv dövlətlər mayın 16-17-də dövlət və hökumət başçılarının Zirvə toplantısını çağırmaq qərarına gəliblər.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasından verilən xəbərdə deyilir.

HTML tutorial

Bildirilir ki, İslandiya paytaxtı Reykyavikdə Avropa Şurasının təxminən 75 illik tarixində bu dördüncü Sammiti  keçiriləcək.

“Demokratiya sammiti” adlandırılan bu mötəbər tədbirə İslandiyanın Baş naziri və Xarici İşlər Naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi  ev sahibliyi edəcək.

Sammit 46 Üzv Dövlətin liderlərinə cari və gələcək problemləri həll etmək imkanı verəcək.

Bildirilir ki, samittdə quruma üzv ölkələrdə insan haqlarının durumu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətindən danışılacaq.

Sammitdə, həmçinin Rusiyanın Ukrayna işğalı və prosesdə yaşananlar müzakirə olunacaq.

Azərbaycan Prezidentinin bu sammitə qatılıb-qatılmayacağı isə açıqlanmayıb.

 

Şəbnəm

Gununsesi.info