
Avropa Şurası Parlament Assambleyasının bu gün keçiriləcək plenar sessiyasında Türkiyədə siyasi məhbuslarla bağlı xüsusi qərar qəbul olunacaq.
Gununsesi.info bildririr ki, bir qrup deputatın təşəbbüsü ilə gündəliyə daxil olan sənəddə bu ölkədə həbsdə olan siyasi məhbus Osman Kavalanın məsələsi xüsusi yer tutur.
Avropa İnsan Hüquqları Məhkəməsinin Osman Kavalanın azadlığa buraxılmasını nəzərdə tutan qərarı bu ilin sonuna qədər icra edilməzsə, Türkiyə heyəti Avropa Şurası Parlament Assmableyasına buraxılmaya, türk rəsmilərinə sanksiyalar tətbiq edilə bilər.
Müvafiq sənəd AŞPA-da bu gün axşam müzakirə və səsverməyə çıxarılacaq. Sənəddə göstərilir ki, Kavala haqda AİHM qərarının icra edilməməsi Avropa Konvensiyası sisteminin irələyişinə zərər verir.
Sənəddə Kavalanın 1 yanvar 2024-cü il tarixə qədər azad edilməməsi durumunda türk parlamentarilərinin AŞPA-da iştirakının müzakirə edilməsi nəzərdə tutulur.
Həmçinin, AŞPA və Avropa Birliyi ölkələrinə tövsiyə edilir ki, Kavala və digər siyasi məhbusların azad edilməməsində rolu olan hakim, prokuror və digər üst pillədə duran rəsmilərə yönəlik sanksiyalar tətbiq etsinlər. Kavala 2017-ci ildə məşhur Gəzi olaylarının maliyyə dəstəkçisi kimi həbs edilib.
Sonradan ömürlük azadlqıdan məhrum etmə cəzasına məhkum olunub. Avropa Məhkəməsi onun təqsirsizz olması, siyasi səbəblərdən cəzalandırılmasını ifadə edən, dərhal azad edilməsini nəzərdə tutan qərar çıxarıb.
Həmin qərar icra edilmir.
Elmar
Gununsesi.info