Mayın 8-i “Hilton Baku” otelində Avropa Şurası və Avropa Birliyinin birgə “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək-2” (SPERA-2) adlı layihənin açılış tədbiri keçirilib.
Gununsesi.org xəbər verir ki, tədbirdə çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyeş layihənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu 2 illik layihənin həyata keçirməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıq ədəcəklər.
Hernyeş qeyd etdi ki, məhkumları təcrid etməklə iş bitmir, onlarla işləmək lazımdır. Bu məsələdə isə qeyri-hökümət təşkilatların rolu böyükdür. O, həmçinin vurğuladı ki, Avropa Şurasının işgəncələr Əleyhinə Komitəsinn nümayəndə heyətinin Azərbaycana səfəri 2020-ci ildə gözlənilir. “Komitənin hesabatı bu proqramı nəzərə alınmaqla hazırlanacaq”.
Zoltan Hernyeş həmçinin toplşanların nəzərinə çatdırdı ki, Azərbaycanda hər 100 min nəfərə 235 məhbus düşür və bu göstəricilərə görə ölkə regionda 3-cü yer tutur. Məhbusların arasında ölüm səviyyəsi isə çox yüksəkdir.
Ədliyyə nazirinin müavini Ceyhun Həsənov isə penitensiar sistemində islahatları qeyd edərək, bildirdi ki, 2006-cı ildən etibarən penitensiar Xidmətinin əməkdaşları sistematik olaraq beynəlxalq treninqlərdə və tədbirlərdə iştirak edirlər. “Son illərdə məhbusların hüquqları daha yaxşı səviyyədə təmin olunur, onlara göstərilən tibbi xidmətin səviyyəsi yaxşılaşıb. Fəaliyyət planı hazırlanıb və onun əsasında həkimlərin peşəkarlığı artırılıb”.
Həsənov həmçinin 1,4 və 16 ssaylı cəzaçəkmə müəssisələrində keçirilən pilot layihəsindən və onun uğurlu həyata keçirilməsindən danışıb.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etdi ki. SPERA-2 əvvəlki layihənin davamıdır və 2 il sonra onun uğurlu nəticələrinin əldə edilməsində əmin olduğunu bildirdi.
O, Azərbaycan və Avropa İttifaqının arasında sazişin imzalanması məsələsinə də toxundu. “hal-hazırda danışıqlar gedir, bəzi məqamlar müzakirə olunur. Söz vermək istəmirəm, amma deyə bilərəm ki, iş gedir. Mən əminəm ki, bu saziş münasibətləri yeni mərhələyə çatdıracaq. Bu, insan haqları, demokratiya, bazar iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Bizim əməkdaşlığımız sıx və davamlıdır”.
Yankauskas mart ayında Avropa İttifaqının prezident İlham Əliyevin tərəfindən imzalanmış əfv fərmanını alqışlayını bildirərək, yeni addımlarının gözlədiyini bildirib. O, həmçinin 3 aprel tarixində imzalanmış Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanı da müsbət qiymətləndirib.
Səfir qeyd etdi ki, məhbuslara qarşı humanizm nümayiş etdirmək lazımdır. “Biz dövlətin öz vətəndaşlarına münasibətinə baxırıq. əhər bu münasibət ədalətlidirsə, biz həmin ölkədə investisiyaları və bazar iqtissaiyyatını dəstəkləyirik”.
O, həmçinin İcbari Tibbi Sığortanın və təhsilin inkişafının vacibliyini vurğuladı.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev qeyd etdi ki, prezidentin tapşırığı əsasında penitensiar sahəsində islahatlar keçirilir. Məhkumlara tibbi yardımı sahəsində uğurlarını qeyd edən Mehdiyev bunun üçün layihənin vacibliyini vurğuladı. O, bildirdi ki, məhkumların reabilitasiya məsələsinə bu sahədə təcrübəsi olan QHT-lər cəlb olunmalıdır, həmçinin bəzi normativ sənədlərini təkmilləşdirmək lazımdır. “Biz öz tərəfimizdən hər şeyi edərik ki, bu layihə uğurlu keçirilsin”.
Tədbirin digər iştirakçıları Azərbaycanda penitensiar islahatlara dəstəyindən, və başlayan layihədən gözlənilən nəticələrdən söz açıblar.