Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbörn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.

Gununsesi.info  Teleqraf-a istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin Yaqlanda qarşı korrupsiya ittihamları irəli sürməsi fonunda verilib.

Norveç hökuməti AŞ-yə müraciət edərək Yaqlandın istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvini xahiş edib.

Yaqlandın adı maliyyəçi Ceffri Epşteyn barədə açılan cinayət işində hallanıb.

“2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim”, – Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse bildirib.

Gununsesi.info