Avropa Şurası yeni hesabatını yayacaq -MƏHKƏMƏ SİSTEMİNİN DURUMU QİYMƏTLƏNDİRİLƏCƏK

  • By admin
  • 03 Oktyabr 2022 19:51

Oktyabrın 5-də Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi Komissiyası Azərbaycan da daxil olmaqla, Avropa Şurasının 44 üzv dövlətində məhkəmə sektorundakı vəziyyəti müqayisə edən yeni hesabat dərc edəcək.

Bu barədə Gununsesi.info-ya Avropa Şurasından daxil olan məlumatda bildirirlir.

Məlumata görə, hesabat 2020-ci ilin məlumatlarına əsaslanır.
Hesabatda Avropanın məhkəmə sistemlərində vəziyyət əks olunub.

Habelə aşağıdakı məlumatlar ilə ölkə profilləri haqqında ümumi məlumat verilir: məhkəmələrə, prokurorluğa və hüquqi yardıma xərclənən büdcələr, məhkəmələrin səmərəliliyi (işlərin daxil olmasının öhdəsindən gəlmək qabiliyyəti və işin həlli üçün lazım olan təxmini günlərin sayı), adambaşına düşən məhkəmələrin sayı, adambaşına düşən hakimlərin/prokurorların/vəkillərin sayı, hakimlərin və prokurorların karyerasının əvvəlində və sonundakı maaşları, məhkəmə sektorunda gender balansı Məhkəmə sektorunda İKT-dən istifadə haqqında bilgilər də sənəddə əks olunacaq.

Gununsesi.info