Avropa Şurasının Azərbaycan üzrə fakt-araşdırıcı qrupu Bakıdadır - VƏKİLLƏRLƏ GÖRÜŞDƏ NƏLƏRDƏN DANIŞILIB?

Azərbaycanda səfərdə olan Avropa Şurasının Parlament Assambleyasının İnsan Hüquqları Komitəsinin üzvlərindən ibarət Azərbaycan üzrə fakt-araşdırıcı qrupu bir qrup vəkillə görüşüb.

Bu barədə Gununsesi.info-ya danışan görüş iştirakçılarından olan vəkil Əsabəli Mustafayev deyib ki, 3 saata yaxın davam edən müzakirələrdə ölkəmizdə insan hüquqlarının durumundan danışılıb:

HTML tutorial

“Ölkədə insan hüquqlarının, hüquq sisteminin, media qanunvericiliyin vəziyyəti müzakirə olundu. Biz insan hüquqlarının müdafiəsində Avropa Məhkəməsinin rolunu, bu sahədə gözləntilərimizi, Məhkəmənin son dövrlərdə praktikasında müəyyən dəyişiklərin bizi məyus etməsindən daha geniş danışdıq.Mən Avropa Məhkəməsinə göndərilmiş bir sıra işlərin ölkə daxilində poçt müəssələrində dəfələrlə oğurlanmasını qabartdım və bunun qarşısının alınması üçün Avropa Şurasının strukturları tərəfindən tədbirlərin görülməməsinə iradlarımı bildirdim.Elə dünən internet izləməsindən məlum oldu ki, təkrarən göndərdiyim sənədlər yenə də oğurlanıbdır.

Bu başabəla məmurlara buradan dəfələrlə izah etmişəm ki, belə oğurluqların müsbət nəticəsi olmayacaq, həmin sənədlər əvvəl axır Məhkəməyə təqdim olunacaq. Zərərçəkən isə ölkənin imici olacaq. Lakin görünən odur ki, bu izahlarımın təsiri hələki yoxdur”.

Afət Abbasova
Gununsesi.info