Avropa Şurasının baş katibi: “Qarabağda atəşkəs razılaşmasını alqışlayıram”

  • By admin
  • 23 Noyabr 2020 18:06

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.

Bu barədə Gununsesi.org-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

Avropa Şurasının baş katibi atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

Gununsesi.org